Buraxılış imtahanının yeni qaydalarına dair bölgələrdə seminarlar keçiriləcək
18-10-2016, 18:23. Разместил: heqiqet
2017-ci ildə ümumi təhsil səviyyəsi ( 9-illik) üzrə Azərbaycan dili (rus bölməsində rus dili) və riyaziyyat fənlərindən keçiriləcək buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində seminarlar keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, seminarlar respublikanın 8 şəhər və rayonunda keçiriləcək.22 oktyabr-10 dekabr tarixlərini əhatə edəcək seminarlar Gəncə, Şirvan, Şəki, Naxçıvan, Lənkəran, Ağcabədi, Göyçay və Xaçmazda təşkil olunacaq.
Вернуться назад