Məktəbdə xeyriyyə aksiyası
24-11-2016, 19:52. Разместил: heqiqet
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, aksiyanın əsas məqsədi “Sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərin gözlərini pulsuz müayinə etməkdir.
“Atəşgah” Sığorta Şirkəti və “Avrasiya” Hospitalının birgə təşkil etdiyi xeyriyyə aksiyası çərçivəsində şagirdlərin gözləri müayinə olunub, onlara müvafiq məsləhətlər verilib. Eyni zamanda, şagirdlərin sualları da ətraflı cavablandırılıb.
Sonda məktəbin direktoru Ağasəid Orucov belə xeyriyyə tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin 20 illiyi ilə əlaqədar məktəbdə keçirilən xeyriyyə aksiyası noyabrın 25-də başa çatacaq.
Вернуться назад