İmtahanlarda iştirak edəcək şəxslərin nəzərinə - Qeydiyyat bitdi
29-12-2016, 12:14. Разместил: heqiqet
Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir.
Вернуться назад