Hadı Rəcəbli "2" alanlardan danışdı
18-06-2015, 18:34. Разместил: heqiqet
Sonuncu buraxılış imtahanında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb. Statistika təhsilimizin hansı səviyyədə olmasını açıq aşkar göstərir. Statistikaya görə, 9-cu sinif şagirdlərinin 40,14%-i “Ana dili”ndən, 40.25%-i “Riyaziyyat”dan, 11-ci sinif şagirdlərinin isə 32.43%-i “Ana dili”ndən, 35.03%-i “Riyaziyyat”dan "2" alıb. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ANS PRESS-ə açıqlamasında şagirdlərin imtahanlarda bu cür aşağı nəticə göstərməsinə münasibət bildirib.
Komitə sədri bildirdi ki, imtahanlarda şagirdlərin bu cür aşağı səviyyədə nəticə göstərməsinin müxtəlif səbəbləri ola bilər: "Bunlara misal olaraq, uşağın valideynlər tərəfdən təhsil almasına etiraz etməsi, şagirdlərin indi aludə olduqları sosial şəbəkələr, TV-lər, kompyüter oyunları, asudə vaxtın təşkilinin düzgün aparılmaması və s. kimi səbəbləri göstərmək olar. Əsasən valideynlər uşaqlarla düzgün ünsiyyət qurmalı, onların qayğısına qalmalı və seçimlərinə hörmət etməlidirlər. Təhsil müəssisələrində də problemlər az deyil. 40 nəfər bir sinifdə oxuyursa, təbii ki, nəticə o qədər ürəkaçan olmayacaq. Bütün bunlar da uşağın daha yaxşı təhsil almasında problemlər yaradır".
Millət vəkilinin sözlərinə görə, bu gün təhsildə aparılan bir çox islahatlar sözügedən problemin qarşısını almağa kömək edəcək.
"Müəllimlərin bu maaşı artıb. Müəllimlərin təhsil səviyyələrini ölçmək üçün imtahanlar aparılır. İnanıram ki, bu islahatların təhsilimizə böyük xeyiri olacaq", - deyə komitə sədri söyləyib.
Вернуться назад