DataLife Engine > tehsil > Nazir: “Məktəblərdə yaradılan texniki baza şagirdlərin tədqiqat aparması üçün zəruri imkanlar yaradır”

Nazir: “Məktəblərdə yaradılan texniki baza şagirdlərin tədqiqat aparması üçün zəruri imkanlar yaradır”


16-02-2017, 11:36. Разместил: heqiqet Nazir: “Məktəblərdə yaradılan texniki baza şagirdlərin tədqiqat aparması üçün zəruri imkanlar yaradır” Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil sahəsində aparılan islahatlar gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqat yönümlü fəaliyyətə cəlb edilməsinə istiqamətlənib. Onun sözlərinə görə, bu gün məktəblər müasir avadanlıqlar, laboratoriyalar, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib, yaradılan model və texniki baza şagirdlərin tədqiqat aparması üçün zəruri imkanlar yaradır: ““Sabahın alimləri” müsabiqəsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və hər il ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir”.
“Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkənin 13 şəhər və rayonunun məktəblərindən təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir.
Nazir qeyd edib ki, ümumilikdə, şagirdlərin elmə, tədqiqatlarla məşğul olmağa marağı artmaqdadır. Onun sözlərinə görə, son illər ölkədə keçirilən “Sabahın alimləri” müsabiqəsinin nəticələri ilə bağlı aparılan təhlillər də bunu deməyə əsas verir: “Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirən 158 məzundan 38 nəfəri son 4 ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alır”.
AMEA prezidenti Akif Əlizadə bildirib ki, şagirdlərin, gənclərin beynəlxalq elmi müsabiqələrdə iştirak etməsi ilə fəxr etmək lazımdır. Onun sözlərinə görə, bu gün elm kollektivlər tərəfindən inkişaf etdirilir, multidisplinar şəkildə birləşərək yeniliklər əldə olunur: “"Sabahın alimləri" müsabiqəsinin iştirakçıları AMEA-nın imkanlarından da yararlana bilərlər. Bu gün akademiyanın 40-dan çox elmi müəssisəsi var və onların hər birinin . Bu müəssisələrin qapıları sizin üzünüzə açıqdır”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov gənclərin elmə həvəsləndirilməsi, onların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirilən əhəmiyyətindən danışıblar.
Müsabiqənin sonunda qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. 2 layihənin müəllifi bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-də iştirak etmək imkanı qazanacaq.
Вернуться назад