Rezidenturanı bitirənlərə hansı ixtisaslar üzrə diplomların veriləcəyi açıqlanıb
23-02-2017, 16:00. Разместил: heqiqet
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, müvafiq tədris ilində rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin rezidentura təhsili diplomları 11 ixtisas üzrə təqdim olunur. Bunlara endokrinologiya, narkologiya, fizioterapiya və tibbi bərpa, ftiziatriya, patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, pediatriya, stomatologiya, üz-çənə cərrahiyyəsi, sosial gigiyena və səhiyyənin təşkili, gigiyena və mikrobiologiya ixtisaları daxildir.
Bu ixtisaslar üzrə həkim-mütəxəssislər rezidentura təhsili diplomlarını əldə etmək üçün fevralın 27-dən etibarən saat 10.00-dan 17.00-dək Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət etməlidirlər. Diplomu götürmək üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Digər ixtisaslar üzrə rezidentura təhsili diplomları elanda göstərilməklə təqdim olunacaq.
Вернуться назад