Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək
27-02-2017, 18:04. Разместил: heqiqet
Təhsil Nazirliyindən verilən xəbərə görə, ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq. Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağı qiymətləndirmənin müddəti 90 dəqiqə müəyyən edilib.
Qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.
Вернуться назад