DataLife Engine > yazarlar > “Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində Məhəmməd Hadi yaradıcılığına baxış

“Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində Məhəmməd Hadi yaradıcılığına baxış


21-06-2017, 17:05. Разместил: heqiqet “Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində  Məhəmməd Hadi yaradıcılığına baxış Bu günlərdə keçirilən "Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisinin növbəti tədbiri keçirildi. Tədbir dahi şairimiz Məhəmməd Hadi yaradıcılığına həsr edilmişdir.
Tədbirdə yazıçı və şairələrlə birlikdə filologiya elmləri doktorları və filoloqlar da iştirak etdilər.
Tədbiri dəyərli yazıçı-şairəmiz Mətanət Ulu Şirvanlı həmişə olduğu kimi özünə məxsus şəkildə idarə etməklə Məhəmməd Hadi poeziyasını bir daha könüllərdə yaşatdı.
Təbiətin şıltaqlığına baxmayaraq söz qədiri bilənlər yağışın yağmasına baxmayaraq məclisdə iştirak etdilər. Yağan yağışı sanki Məhəmməd Hadinin ruhuna səpələnən nur kimi dəyərləndirdilər. Şairin həyat və yaradıcılığının da təbiət kimi mürəkkəb olduğunu vurğuladılar.
Yaddaşlardan silinməyən və bədii təsvirlərlə çıxış edən iştirakçılardan biri Mehman Mayılxanlı oldu. O, M.Hadi yaradıcılığına bəddi fon verərək monoloqla çıxış etdi.
Tədbirin ən gənc iştirakçısı, ustad sənətkarımız tarzən Qurban Pirimovun nəvəsi Asim Pirimov olmaqla yanaşı bir sıra dinləyicilər də tədbirdən məmnun olduqlarını bildirdilər. A.Pirimov məharətli sola ifası ilə hamını feyziyyab etdi. Tədbir boyunca gənc müğənni Taleh Orucovun rəhbərlik etdiyi “Şirvan” ansablının səsləndirdiyi S.Ə.Şirvani qəzəllərinə də qulaq asıldı.
Klassik Şirvan şairlərini təblig edən “Seyid Əzim Şirvani” ədəbi-musiqili poeziya məclisinin növbəti mövzusu isə Ruhi Şirvani olacağını elan edildi.

“Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində  Məhəmməd Hadi yaradıcılığına baxış“Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində  Məhəmməd Hadi yaradıcılığına baxış“Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində  Məhəmməd Hadi yaradıcılığına baxış“Seyid Əzim Sirvani" ədəbi-musiqili poeziya məclisində  Məhəmməd Hadi yaradıcılığına baxış
Вернуться назад