Şuşa
4-06-2018, 10:47. Разместил: heqiqet
Məmmədov Şamsur Elçin oğlu
Gecələr yuxumdan çıxmırsan mənim,
Dağın da, daşın da fəryad eyləyir.
Bilirəm düşmənlər çox yorur səni,
Yaman nigaranam səndən, ay Şuşa.
Qaçırdım yuxumda mən sənə tərəf,
Gördüyüm mənzərə dəhşətdi, dəhşət.
Dağ üstə bir dənə daşın qalmayıb,
Yaman nigaranam səndən, ay Şuşa.
Nə qalan qalıbdır, nə də sarayın,
Tapmadım hardadı İsa bulağın?
Çətindir sənsizlik, pisdir əhvalım,
Yaman nigaranam səndən, ay Şuşa.
Вернуться назад