Suriyada əsirlikdən azad edilən yapon jurnalisti - İstanbula uçdu
25-10-2018, 13:47. Разместил: heqiqet
Xəbər verildiyi kimi Suriyada 3 il əsirlikdə olan yapon jurnalisti Jumpei Yasuda azad edildikdən sonra İstanbula getmək üçün Hatay hava limanına gəlib.
Onu içərisində bir general da olan 7 yaponiyalı müşayiət edir.
Jumpei Yasudanın bu gün Türkiyə vaxtı ilə saat 19.30 radələrində İstanbula uçduğu deyilir.
Hatay hava limanında yapon jurnalistini kameraya çəkmək istəyən türk və yapon jurnalistləri yaxına buraxılmayıb.
Вернуться назад