Ad gününüz mübarək, Sevil xanım!
Bu gün, 09:13. Разместил: heqiqet
Bu gün asela.az saytının təsisçisi və baş redaktoru, iş adamı Sevil Ağayevanın doğum günüdür.
Sevil xanım təkcə işgüzar və yüksək savada malik bir rəhbər deyil, həm də sözün dadını bilən, qələmi iti və sözü hədəfə vuran əsl qələm sahibisiniz.
Başçılıq etdiyi sayt onun intellekti və prinsipiallığı sayəsində bu gün media məkanında öz imzasını qoruyub saxlayır.
Sevil xanıma tükənməz yaradıcılıq enerjisi, yeni rəhbərlik uğurları, kəskin və obyektiv baxışının heç vaxt zəifləməməsini arzulayırıq.
Qələminiz hər zaman kəsərli, addımlarınız uğurlu, rəhbərlik etdiyiniz kollektiv isə hər zaman Sizinlə həmrəy olsun.
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik!
Sizə can sağlığı, xoşbəxtlik və yeni rəqəmsal zirvələr fəth etməyi arzulayırıq!
/Heqiqet.az/
Вернуться назад