DataLife Engine > yazarlar > Zəhmətin uğuru

Zəhmətin uğuru


30-03-2016, 16:39. Разместил: heqiqet Təbrik edirik!
Zəhmətin uğuru Zəhmət hər insanın həyat uğurudur. Yaşadığı illər ərzində insan öz həyatını cəmiyyət reallığına nüfuzetmədə tapır. Bugünlərdə «Qızıl Qələm» media mükafatına layiq görülmüş, «Qığılcım» qəzetində baş redaktorun birinci müavini işləyən Əflatun Əhədov da bu reallığı öz vətəndaş məhəbbəti ilə sübuta yetirib. Onun insan həyatı bugündən sabaha açılan ülvi sevgilərin səadət çələngidir. Şübhəsiz, o, bu çələngi daim öz başının üzərində hiss edib və edir.
Təbii ki, ölkəmizin dövlətçilik ənənələrinin inkişafında xeyirxah, çalışqan və işgüzar insanların da müstəsna xidmətləri var. Məhz bu insanların təşəbbüsü ilə dövlətçilik prinsipləri üzərində həyat meyarları uğurla müşayiət edir. Səmimi etiraf edək ki, Əflatun Əhədovun da, baxmayaraq humanist fəaliyyətinin mühüm istiqamətləri bu istiqamətdə diqqət çəkir.
Bəllidir ki, Azərbaycan vətəndaşının tarixdə müstəsna yeri və rolu var. Zaman-zaman tarix ictimai həyatda şəxsiyyətlərin inkişafı üçün hər cür şərait yaradıb. Bununla da ölkələr şəxsiyyət məsələlərinə böyük önəm verməklə, həm də ona cəmiyyətdə məxsusi dəyər vermişlər. Bu gün Azərbaycanda şəxsiyyət həyatın aparıcı qüvvələrindəndir. Elə Əflatun Əhədovun vətəndaş missiyasını uğurla icra etməsi də bu bu aparıcılığın görünən tərəfidir.
Cəmiyyət özünün fədakar insanlarını həmişə uca tutub. Elə xeyirxah insan, fədakar, əməksevər ictimaiyyətçi, insanlığa münasibətləri son dərəcə inandırıcı olan, örnək ömür yaşayan və həyat ucalığı naminə bu gün də böyük əmək sərf edən Əflatun Əhədova diqqət və hörmət də bu prosesdən qaynaqlanır. Bu diqqəti onun haqqında deyilən fikirlərdə də başlıca səbəb kimi səciyyələndirmək olar. Onun ucalıq rəmzi insan qayəsidir. Bir vətəndaş kimi onun insan əhatəsində həmişə yaxşılıqlar cəm olub. O, təkcə özünün insan - vətəndaş adını qorumayıb, həm də daşıdığı məsuliyyəti dərindən dərk edib, özünün insan nüfuzunu, bu nüfuzun fövqəlbəşər missiyasını hər zaman uca tutub.
Bütöv bir ömrə sığmağı bacarmaq insanın tale xoşbəxtliyidir. Həmçinin belə bir ucalıqda həm də insan məsuliyyəti sərgiləmək ikiqat ucalıqdır. Əflatun Əhədov bu ucalığa qalxa bilibsə, demək Tanrının seçdiyi, fərqləndirdiyi insanlardandır.
Biz də Əflatun Əhədovu «Qızıl Qələm» media mükafatı alması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.

Xəyal İmrə
Вернуться назад