Kasıbdı, məzə tutmalı adamdı...
4-11-2016, 13:59. Разместил: heqiqet
Hikmət Məlikzadə...Ömründə bircə dəfə tindən gözüyumulu keçmək istədi, alnını «armatur»a «verdi» - yaxşı ki, gözünə heç nə olmadı. Allaha şükr etməyə macal tapmamış başına yuxarıdan - 9-cu mərtəbədən qaynar su tökdülər; o da - Ay dədə, yandım, - deyib cinnən şapalaq davasına çıxdı. Arada vaxt tapıb yuxarı boylanmaq istədi ki, suyun hardan töküldüyünü görsün, cin qəfil ona elə bir təpik ilişdirdi ki, gözləri Himalay vulkanı kimi qığılcım saçdı. Gördü, yox, cinnən bacaran deyil, alnının qanını silə-silə dayanacağa qaçdı. Bir istədi yolunu kəsə etsin, fikrindən daşındı, böyürdəki səkidən keçməyə qərar verdi. Bu məqamda qurşağa qədər suya batdı. Məlum oldu ki, səkinin sağ küncündə yığılıb qalmış su ağzı açıq kanalizasiya dəliyini doldurub. Nə yaxşı ki, ətrafda bir-iki adam vardı, onu sudan çıxarıb bir kənara «atdılar», o da üfunət iyi gələn bədənini min əda ilə dayanacaqda avtobus gözləyən sarısaç qadından gizlətmək üçün geri çəkildi, ayağı bardur daşındakı qalın telə ilişdi, kəllə-mayallaq yerə yuvarlandı; bəlkə də başı yerə dəysəydi, Sabirabad qarpızı kimi çatlayacaqdı. Özünü birtəhər ələ aldı, qalxıb üst-başını çırpmaq istədi, əlləri nəm ətəyində üşüdü. Bir də baxdı, corabı cırılıb, topuğundan qan axır. Ürəyində öz-özünə deyindi: - Bu, nə işdi, Allah? Tərpənirəm, bəlaya düşürəm? Fikirli-fikirli evə dönmək istədi. Beş-on yaşlı bir uşağın oyuncaq tapançadan atdığı rezin güllə yanağına necə dəydisə, imanı-dini bir-birinə qarışdı, ağzını doldurdu ki, uşağı söysün, gördü ki, qarşısında bir qarış yubka geyinmiş, sinəsinin yarısı açıq «fintifuruş» bir qadın dayanıb. Dərhal ağzı sulandı, uşaq yadından çıxdı, gözlərini İliç lampası kimi «alışdırdı», bir istədi göz vursun, uşaq ikinci «güllə» ilə onu qıymaq sitədiyi gözündən necə vurdusa, içi tüstüləndi, gözünün ağı qarasına qarışdı. Qadın da - Yaxşı, Tuziç, gedək, bu adam mənə zövq vermədi, düzdü, kasıbdı, məzələnməli adamdı, amma pintidi - dedi və uşağı da alıb uzaqlaşdı. Kişi bilmədi, özünü söysün, yoxsa onunla məzə tutan qadına qarğısın, ufultusundan özü diksindi, çevrilib getdi. Gendən baxanlara elə gəlirdi ki, o, janqlyorluq edir, maraqlı bir şey görüblərmiş kimi gözlərini ona zilləmişdilər.
Yazığın səsi xırıldayırdı, yolu keçib çətinliklə də olsa, kirayə qaldığı daxmaya sarı irəlilədi, yaraşıqlı bir evin böyründən keçəndə qulaqlarına yoğun səslər dəydi: «Yerə isti su tökməyin, cinin balasın yandırarsız...» Nə təəccüb etdi, nə əhəmiyyət vermədi, özünü zorla qaldığı küçəyə atdı. Arvadı da atasıgildən gəlirdi, ərini bu vəziyyətdə görüb hay-həşir saldı, qonşular yağışın müşayiəti ilə onu xəstəxanaya apardılar. Orada da - Öldür, ona baxa bilmərik, əvvəlcə müayinə üçün filan qədər pul ödəməlisiz, - dedilər. Qonşular bir-bir aralaşıb getdilər, fağırın yanında bircə arvadı qaldı, pulsuz-parasız. Nə qədər dad-aman etdi, kimsə ona əhəmiyyət vermədi. Ərini necə aparmışdısa, elə də geri qaytardı...
Səhərə qədər yağış kəsmədi, kişinin də səhərə qədər ağrıları sızıldadı. Onu ən çox da üzən bir qadının onunla məzə pıqqıldatması idi... Başını pəncərənin yağışdan üşüyən şüşəsinə söykəyib duruxdu, əslində keyidi...
Вернуться назад