DataLife Engine > yazarlar > Bakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi

Bakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi


3-03-2017, 14:16. Разместил: heqiqet Bakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi Martın 2-də Bakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi. Tədbirdə məktəbin müəllimləri və kollecin tələbələri iştirak etdilər.
Azərbaycan Yazıçılar Birliyinin, və Turkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyinin üzvü, “Qızıl Qələm, Media Mükafatı laureatı olan şairənin yaradıcılığı haqqında geniş söhbət açıldı. Onun nəsr əsərləri və şeirləri haqqında məktəbin direktor müavini Zakir Hüseynov, dil-ədəbiyyat müəllimi Rəfiqə Qurbanova çıxış edərək şairənin kitablarında gənc nəslin vətənpərvərlik tərbiyəsində müsbət təsir edən vətən, torpaq, el-oba təəssübkeşliyi, vətənə məhəbbət motivləri əsasında yer alan mövzular haqqında danışdılar. Onun “Ağ ayaqqabı”, şeirlər toplusu və bədii-fəlsəfi düşüncələrdən-esselərdən ibarət olan “Salam Qoca”, uşaq ədəbiyyatının zənginləşməsinə xidmət edən “Merinin nağıllar dünyası ”, həyat lövhələrini əks etdirən povest və hekayələrdən ibarət olan “İt kəlləsi” adlı kitabları haqqında fikirlər bildirildi.
Yaradıcılıq gecəsində Azər Fərmayıloğlu və Toğrul Ayrımelli şairənin sözlərinə aşıq havaları oxudular. Tələbələr tərəfindən şairənin vətən, torpaq ana şeirlərinin əsasında ədəbi-bədii kompozisiya təqdim olundu.
Tədbirin sonunda kollecin direktoru Vidadi Orucov şairəni təbrik etdi. Təhsil müəsissələrində tez-tez keçirdiyi ədəbi görüşlər üçün ona tələbə-gənclər və müəllim kollektivi adından təşəkkür etdi. Gənclərin mənəvi dünyasının genişləndirilməsini və vətənpərvərlik ruhunun yüksəldilməsini nəzərə alaraq belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğuladı.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Bakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiBakı Dövlət Sosial-İqtisadi Kollecində şairə, yazıçı-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi
Вернуться назад