Ərdoğan: Türkiyə və Rusiya təxribata uymayacaqlar20-12-2016, 15:13
Çap et Dövlət başçısının sözlərinə görə, Türkiyə və Rusiya kifayət qədər təcrübəyə malikdirlər və təxribata uymayacaqlar. R.T.Ərdoğan öz adından və Türkiyə xalqı adından Rusiya Prezidentinə və xalqına başsağlığı verib. Onun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin söhbətində beynəlxalq terrorizmlə mübarizədə birliyin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb. Türkiyə lideri Vladimir Putinin Rusiya səfirliyi və Baş konsulluğunun mühafizəsinin gücləndirilməsini xahiş etdiyini deyib: "Hadisənin araşdırılması üzrə operativ mərkəzin yaradılmasının məqsədəuyğunluğu qeyd olundu. Bu işdə rusiyalı mütəxəssislər də iştirak edəcək. Rusiyanın Ankaradakı səfirinə hücum Türkiyə dövlətinə və xalqına hücum deməkdir. Bu, açıq-aşkar təxribatdır. Əminəm ki, bu faktı Rusiyadakı dostlarımız da anlayırlar". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
