Bakıda mağazada saxta içkilər aşkarlanıb28-08-2026, 22:09
Çap et Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, sözügedən alkoqollu içkilərin satışı qadağan edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
