YENİ DÜNYA FORMATINA DOĞRUDünən, 21:30
Çap et
Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri
Qlobal etikanın əsasları
XXI əsrin I yarısı beynəlxalq gərginliyin artması ilə yadda qalmışdır. 24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukraina üharibəsi davam etməkdə olub getdikcə daha geniş miqyasda özünü göstərir, sonu görünmür. 07 oktyabr 2023-cü ildə yenidən kəskinləşmiş İsrail-Fələstin münaqişəsi davam etməkdə olub. Yaxın Şərqin Livan, Suriya, Yəmən ərazilərinə sirayət etmişdir. ABŞ-İran müharibəsi mərhələli şəkildə davam etməklə Səudiyyə Ərəbistanı və Yəməni müharibə zonasına çevirmişdir. Dünya ticarəti, neft, qaz daşınmaları üçün əhəmiyyətli Hörmüz və Babəlməndəb boğazlarında təhlükəsizlik tamamilə pozulmuşdur. Həmçinin millətlərarası münasibətlərdə də gərginlik artmaqdadır. Avropada radikal millətçilik baş qaldırır. Yaxın gələcəkdə dini sahəyə sirayət edəcəyi gözlənilir.
Dövlətlərarası münasibətlərdə etika
Hər bir dövlət üçün onun müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasdır. Bütün dövlətlər biri-birinin ərazi bütövlüyü, müstəqilliyini, sərhədlərinin toxunulmazlığını tanımalıdır. Hərə bir dövlətin daxili işi onun özünə məxsusdur. Bir dövlət və ya dövlətlər qrupu digər dövlətin daxili işlərinə müdaxilə edə bilməz. Dövlətlər arası ticari, iqtisadi, texniki, mədəni və sairə digər əlaqələr bərabər hüquqlu, qarşılıqlı fayda əsasında aparılmalıdır. Dövlətlər arası mübahisəli məsələlər beynəlxalq hüquqa əsasən diplomatik yolla razılaşdırılır. Ərazisinin böyüklüyündən və kiçikliyindən, əhalisinin çoxluğundan və azlığından, cobrafi mövqeyindən, inkişaf dərəcəsindən asılı olmayaraq dövlətlər beynəlxalq hüquq qarşısında bərabərdirlər.
Millətlər arası münasibətlərdə etika Müasir dövrdə millətlər arası münasibətlərdə yenidənqurmaya ehtiyac vardır. İrqiçilik, hakim millətçilik, islamofobiya, ksenofobiya, türkofobiya, russofobiya, antisemitizm dünyanın əksər dövlətlərində rast gəlinməkdədir. Radikal millətçilik Almaniya, Fransa, Polşa, Niderland, Norveç kimi dövlətlərdə baş qaodırmış, gəlmələrə, digər xalqların nümayəndələrinə,miqrantlara qərəzli və qəzəbli münasibət, dözməməzlik, ikrah hissi adi hal almışdır. Dünya dövlətlərinin əksəriyyəti çoxmillətli və çoxkonfeksiyalıdır. Belə olduqda problemin nə dərəcədə böyük olduğu göz önünə gəlir. Millətlərarası münasibətlərdə digər xalqlara, milli azlıqlara, etnik qruplara, onların adət-ənənələrinə, mədəniyyətinə, incəsənətinə, həyat tərzinə münasibətdə tolerantlıq bəşəriyyətin heç də uzaq olmayan keçmişdə qazandığı ən mühüm nailiyyətlərdən biridir. Tolerantlıq xalqın işidir. Onu xalq yaradır və inkişaf etdirir. Dövlət tolerantlığı qanunvericiliklə təsbit edir. Dövlətin müvafiq orqanları tolerantlıq mühitinə nəzarəti təmin edir və həyata keçirir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkardar ittifaqlarına, digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməlidir. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Hər kəsin ana dilindən istifadə eğ\tmək hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Hər kəsin istədiyi dildə təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Hər bir xalq, milli azlıq, etnik qrup dil və mədəniyyətlərini inkişaf etdirmək üçün mədəni mərkəzlər, cəmiyyətlər, icma mərkəzləri yaratmaq hüququna malikdir.
Dinlər arası münasibətlərdə etika
Dünyanın əksər dövlətləri çoxkonfensiyalıdır. Səmavi dinlər, müxtəlif inanclar, etiqadlar mövcuddur. Tək-tək dini dövlətlər istisna olmaqla yerdə qalanlarda din dövlətdən ayrıdır. Dinlər arası münasibətlər dini etiqad azadlığı qanunu ilə tənzimlənir. Bu qanuna əsasən bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Hər kəsin bini mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs dini mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Dini tolerantlıq hər bir dövlətdə qanunvericiliklə təsbit olunur. Dini tolerantlıq mühiti dövlətlərin müvafiq orqanları tərəfindən qorunur və həyata keçirilir.
10 oktyabr 2026-cı il
Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
