YENİ DÜNYA FORMATINA DOĞRUDünən, 22:43
Çap et
Əliyev Məsum Kamal oğlu Kürdəmir rayon Karrar ailə-sağlamlıq mərkəzinin bölmə müdiri
Tolerantlıq
Müasir dövrdə millətlər arası münasibətlərin yenidən qurulmasına böyük ehtiyac vardır. İrgiçilik, hakim millətçilik, islamofobiya, türkofobiya, ksenofobiya, russofobiya, antisemitizm dünyanın əksər ölkələrində rast gəlinməkdədir. Radikal millətçilik Almaniya, Fransa, Polşa, Niderland, Norveç kimi dövlətlərdə baş qaldırmış, gəlmələrə, digər xalqın təmsilçilərinə, miqrantlara gərəzli münasibət, dözməməzlik ikrah hissi adi hal almışdır. Dünya dövlətlərinin əksəriyyəti çoxmillətli, çoxkonfeksiyalıdır. Belə olduqda problemin böyük olduğu göz önünı gəlir. Millətlərarası münasibətlərdə digər xalqlara, milli azadlıqlara, etnik qruplara, onların adət-ənənələrinə, mədəniyyətinə, incəsənətinə, həyat tərzinə münasibətdə tolerantlıq bəşəriyyətin heç də uzaq olmayan keçmişdə qazandığı ən mühüm nailiyyətlərdən biridir. Tolerantlıq xalqın işidir. Onu xalq yaradır və inkişaf etdirir. Dövlət tolerantlığı qanunvericiliklə təsbit edir. Dövlətin müvafiq orqanları tolerantlıq mühitinə nəzarəti təmin edir və həyata keçirir. 2009-cu il Azırbaycan Respublikasında əhalinin ümumxalq siyahıyaalınmasına görə milli azlıqlar, azsaylı xalqlar, etnik qruplar əhalinin 8,48-ni təşkil edir. Bu gün Azərbaycan Respublikasında ruslar vıə ukrainlər, tatlar və kürdlər, talışlar və yəhudilər, türklər və ləzgilər, tatalar və avarlar, malakanlar və inqiloylar, qaraçılar vəı udinlər, almanlar və gürcülər və s. mehriban ailə şəraitində yaşayırlar. Azərbaycan Respublikasında yaçayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqların qorunması, dil və mıdıniyyətin inkişafı üçün dövlət yardımı haqqında 16 sentyabr 1992-ci ildə qəbul olunmuş 2012№-li Azərbaycan Respublikasının Prezidenti Fərmanı mövcuddur. Azərbaycan Respublikaslnda yaşayan milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksəriyyətini tapmışdır. Konstitusiyanın 21-ci maddəsini uyğun olaraq dövlət əhalinin danışdığı dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir. Konstituasiyanın 25-ci maddəsinə “dövlət irqində, milliyətində, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən əgidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hərkəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Elə həmin maddədə göstərilir ki, “insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Azərbaycanın ən qədim insan məskənlərindən olduğundan burada bütün səmavi dinlər mövcuddur. Müstəqilliyin ilk illərindən dövlət-din münasibətlətini tənzimləyən “dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunur. Bu qanunla dini qurumların, dini idarə və mərkəzlərin dövlət qeydiyyatına alınması, fəaliyyətinə xitam verilməsi qaydaları, mülkiyyət hüququ, təsərrüfat fəaliyyətlərinə aydınlıq gətirildi. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan respublikasının Konstutusiyasının 18, 25, 47, 48 və 71-ci maddələrində dini etiqad və vicdan azadlığına geniş yer verilir. Dövlət quruculuğunun dünyəvi xarakter daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması öz əksini tapır. Ulu Öndə Heydər Əliyevin fərmanı ilə 21 iyul 2001-ci ildə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılır. Beləliklə dövlət-din münasibətlərində yeni mərhələ başlayır. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə 2387 məscid, 874 ziyarətgah, 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, 1 bəhai, 1 krişna ibadət evi fəaliyyət göstərir. Fəxrlə qeyd edirəm ki, Azərbaycan Respublikasında dini-etnik zəmində münaqişə baş verməmişdir, belə də davam edəcəkdir.
Ardı var...
03 oktyabr 2026-cı il
Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

