Demo Sayt » gundem » YENİ DÜNYA FORMATINA DOĞRU


YENİ DÜNYA FORMATINA DOĞRU

Bu gün, 11:37
Çap et

Məsum Kamal oğlu Əliyev,

Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri, 

"Qızıl qələm" media mükafatı laureatı,

"Heqiqet.az" saytının redaksiya heyətinin fəxri üzvü

 



 Azərbaycançılıq ideologiyası, dünən, bu gün, sabah


 Azərbaycançılıq Azərbaycan dövlətinin kökün ideologiyasıdır. Qədim tarixə malikdir. Tarixin müxtəlif ölklərində başçılara məruz qalmışdır. Azərbaycançılıq Azərbaycanın dövlətçiliyi ilə üst-üstə düşür. Başqa sözlə azərbaycançılığı dövlət formalaşdırır. Azərbaycançliyin təməl prinsipi nədir? Azərbaycan dövləti özünü azərbaycanlı sayan hər bir nəfərin vətənidir. Bu məfum azərbaycançılığın təməl prinsipidir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev azərbaycanlıları nəzərdə tutaraq demişdir: Bizim hamımızın bir vətəni vardır. Bu da müstəqil Azərbaycan respublikasıdır. Azərbaycançılıq millətçilikdən uzaq, əslində ümumbəşəri dəyərləri ehtiva edən, tolerant cəmiyyət yaradan ideologiyadır. Bu ideologiya dinindən, dilindən, irgindən, sosial mənsubiyyətindən asılı olmayaraq böyük insan qruplarını birləşdirir. Bu ideologiya insanları onların əzəli və əbədi məskəni olan torpağa, vətənə bağlayır. Azərbaycançılıq ideologiyası formaca milli, məzmunca ümumbəşəri, mövqeyinə görə hakim ideologiyadır. Qədim azərbaycanlıların dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir sıra cəhətləri eramızdan əvvəl IV minilliyin sonunda təşəkkül tapmış Manna və Midiyv dövlətləri vaxtı yazılmış «Avesta» kitabında tərənnüm olunur. Cismani aləmdə işıqla-qaranlıq, üzvialəmdə ölümlə-həyat, mənəvi həyatda xeyirlə-şər, ictimai həyatda zülmlə-ədalət daimi mübarizədə təsvir olunur. Xeyir fikir, xeyir söz, xeyir əməl təbliğ olunmaqla zərdüştiliyin əsası qoyulur. Daha sonra yazılı mənbələrdən «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan xalqının tarixi qəhrəmanlıq knçmişini əks etdirən möhtəşəm sənət əsəridir. Bizə çatan əlyazası XIV-XV əsrlərdə yazılmışdır. Hal-hazırda Vatikan və Drezden muzeylərində saxlanılır. XI-XII əsrlər Azərbaycanın ictimai fikir tarixində,  elm-mədəniyyət sahəsində «qızıl dövr» hesab olunur. Şimalda Şirvanşahlar, cənubda Eldənizlər dövlətinin güclənməsi ticarətin, şəhərlərin gur inkişafını, elmin, incəsənətin, ədəbiyyatın xüsusən poeziyanın inkişafına səbəb olmaqla iqtisadi inkişafı qabaqladı. Humanizm, tarixçilik, demokratizm, həqiqətçilik, ağlı, təcrübəni hər sahədə əsas götürmək keyfiyyətləri Yaxın və Orta Şərq, Azərbaycan intibahı şəraitində bu dövr sənətkarlarının elmi irsi və əsərlərində bariz şəkildə görünür. Xətib Təbrizi, Məhsəti Gəncəvi, Xəqani Şirvani, Nizami Gəncəvinin poeziyası xalqımızın iqtisadi, ictimai, mədəni inkişafının təcəssümü və ifadəsi idi.


XII əsrin II yarısında Azərbaycanın ictimai, siyasi, fəlsəfi fikir tarixi, dünyagörüşü Nizami Gəncəvinin yaradıcılığında bzünün ən yüksək mərhələsinə qədəm qoyur. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsində 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin müstəsna xidmətləri olmuşdur. O dövrün demokratik prinsipinə əməl olunaraq bütün şərqdə ilk dəfə demokratik parlament yaradılır. Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət məhz Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Hökumət parlament yaradılması qərarını verərkən Azərbaycan hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmasını təmin etmiş hər 24 min əhali sayına bir deputat olmaqla əhali sayına uyğun 21 erməni, 10 rus, 1 yəhudi, 1 alman, 1 polyak, 1 gürcü, digərləri müsəlman olmaqla 120 nəfərdən ibarət 11 fraksiyalı bir parlament formalaşdırmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal Bəyannaməsində Azərbaycanın hüdudları daxilində bütün fərdlərə vətəndaşlıq hüququ, siyasi azadlıqlar, adət-ənənə, mədəniyyətlərinin inkişafı təsbit olunmuşdu. 28 aprel 1920-ci il Rusiyanın işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Sovet dönəmində azərbaycançılıq ideoloqları 1920-1953-cü illər ərzində 3 dəfə repressiyaya məruz qalmışdır. 1920-1930, 1937-1938, 1943-1953-cü illər repressiyası zamanı 70 mindən artıq azərbaycanlı Stalin repressiyasının qurbanı olmuşdur. Bunların arasında tanınmış partiya və dövlət xadimləri Ruhulla Axundov, Əliheydər Qarayev, S.M.Əfəndiyev, O.Musabəyov, D.Bünyadzadə, M.D.Hüseynov, həmçinin tanınmış şair, yazıçı, tədqiqatçı alimlər, elm adamları, ictimai xadimlər Mikayıl Müşfiq, Hüseyn Cavid, Tağı Şahbazi, Y.V.Çəmənzəməli, Əhməd Cavad, Cəfər Cabbarlı, Ə.Razi, Salman Mümtaz, Bəkir Çobanzadə, rejissor və aktyorlar, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, o cümlədən ölkə iqtisadiyyatının aparıcı sahələrinə rəhbərlik etmiş İ.Zeynalov, A.Serebrovski, A.Barinov, A.Qulbis, A.Stutski və onlarla başqaları var idi. 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqillik haqqında konstitusiya aktı qəbul edir. Azərbaycançılıq ideologiyasının yeni mərhələsi başlanır. Azərbaycan respublikasının hüdudlarında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında 16 sentyabr 1992-ci ildə 212 №-li Azərbaycan respublikası prezidentinin fərmanı verilir.


Milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq dövlət əhalinin danışdığı dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində «dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmilak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabərliyinətəminat verir».


Elə həmin maddədə göstərilir ki, «insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır». Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı şəkildə təsbit edilmişdir. 44-cü maddədə göstərilir ki, «hər kəsin milli mənsubiyyətinip qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz». 45-ci maddəyə görə «Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz».


Azərbaycan respublikası eyni zamanda «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»na, «irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya»ya, həmçinin Avropa Şurasının «milli azlıqların müdafiəsi haqqında Cərçivə Konvensiya»sına qoşulmuşdur.


Azərbaycan respublikasında yaşayan azsaylı xalqlar dil və mədəniyyətlərini inkişaf etdirmək üçün mədəni mərkəzlər, cəmiyyətlər, icma mərkəzləri yaratmışlar. Bunlardan Talış Mədəni Mərkəzi, Ləzgi Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi, tatların «Azəri» Mərkəzi, rus icması cəmiyyəti, Azərbaycan slavyanların mədəni mərkəzi, Azərbaycan yəhudiləri cəmiyyəti, Axısqa türklərinin Vətən Cəmiyyətini göstərmək olar. Bu qurumlar dövlət qeydiyyatından keçmişlər və vaxtaşırı dövlət yardımı ilə təmin olunurlar.


Azərbaycan ən qədim insan məskənlərindən olduğundan burada bütün səmavi dinlər mövcuddur. Müstəqilliyin ilk illərindən dövlət-din münasibətlərini tənzimləyən «dini etiqad azadlığı» haqqında qanun 1992-ci ildə qəbul olunur. Buqanunla dini qurumların, dini idarə və mərkəzlərin dövlət qeydiyyatına alınması, fəaliyyətinə xitam verilməsi qaydaları, mülkiyyət hüququ, təsərrüfat fəaliyyətlərinə aydıqlıq gətirildi. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan respublikası konstitusiyasının 18, 25, 47, 48 və 71-ci maddələrində dini etiqad və vicdan azadlığına geniş yer verilir. Dövlət quruculuğunun dünyəvi xarakter daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması öz əksini tapır, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 21 iyun 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılır. Beləliklə, dövlət-din münasibətlərində yeni mərhələ başlayır.


Çoxmillətli, çoxkonfessiayalı ölkəmizdə 2387 məscid, 874 ziyarətgah, 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, 1 bəhai, 1 krişna ibadət evi fəaliyyət göstərir. Həmçinin Qafqaz müsəlmanları ruhani idarəsi və İlahiyyət Universiteti Azərbaycanda Bakı şəhərində yerləşir.


Azərbaycançılıq ideologiyası multikulturalist yönümlü olduğu üçün daha böyük perspektivə malikdir. Azərbaycan dövləti inkişaf etdikcə onun hakim ideologiyası olan azərbaycançılıq inkişaf edəcək, beynəlxalq aləmdə nqümunə olacaq səviyyəyə çatacaqdır. Talhin hökmü ilə 40 milyondan artıq azərbaycanlı kənarda, əsasən Rusiya, ABŞ, İran, Kanada, Fransa, Almaniya, Avstraliya və Avropa ölkələrində yaşayırlar. Azərbaycançılığın təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu faktın özü müstəsna potensial əhəmiyyət kəsbr edir.


Azərbaycançılığın təbliğində Azərbaycanda multikultural həyat tərzi, tolerantlığın olması, sabitliyin davamlı xarakter daşıması qırmızı xətti təşkil edir.


Teknolojinin Kıskacında Sosyalizm: Hesaplama Tartışmasından Cybersyn  Projesi'ne – Ercan Eren – İktisat ve Toplum Dergisi

 

 

Reytinq: