Binəqədidə “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib4-05-2017, 12:20
Çap et YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbiri giriş nitqi ilə Rayon Təşkilatının sədri Ramiz Göyüşov açıb. O bildirib ki, rayon təşkilatı H. Əliyevin həyatına, siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş çoxsaylı tədbir, layihə həyata keçirir. “Bugünkü tədbir də Heydər Əliyev irsinin öyrənilməsinə xidmət edir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasında müstəsna xidmətləri olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyev dühası Azərbaycanı düçar olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik ideologiyasının yaradılmasında birbaşa iştirak edib” – deyə, Ramiz Göyüşov əlavə edib. RİH başçısının müavini Aygün Əliyeva çıxışında Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini diqqətə çatdırıb. Tədbirin sonunda YAP-a yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. Nizami Cəfərova isə YAP Binəqədi rayon Təşkilatının Fəxri Fərmanı verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
