YENİ DÜNYA FORMATINA DOĞRUBu gün, 09:37
Çap et
Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri, "Qızıl qələm" media mükafatı laureatı, "Heqiqet.az" saytının redaksiya heyətinin fəxri üzvü
Təhlükəsizlik prinsipləri
Tarix boyu təhlükəsizlik həyatın ən vacib tələbi olmuşdur. Şəxsi təhlükəsizlik, ailənin təhlükəsizliyi, dövlət təhlükəsizliyi ön planda olmuşdur. Təhlükəsizliyi təmin etmək üçün nə lazımdır? Empirik olaraq güc və qanun göz önünə gəlir. Təhlükəsizliyin güc vasitəsi ilə təmin edilməsi, tənzimlənməsi arxaik yanaşmadır. Daş dövrü üçün xarakterikdir. Yaxud “çəngəllik qanunu”dur. Vəhşi təbiətə xasdır. Əzələ gücü anlamını yaradır. Həmçinin güc faktoru qlobal miqyasda təhlükə ehtimalını azaltmır, əksinə artırır, qarşıdurmalara, münaqişələrə, müharibələrə səbəb olur. 24 fevral 2022-ci ildə başlamış indi də davam edən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrini sürətlə silahlanmaya məcbur etmişdir. 7 oktyabr 2023-cü ildə yenidən kəskinləşmiş İsrail-Fələstin münaqişəsi hal-hazırda davam etməklə Yaxın Şərgin Suriya, Livan Yəmən kimi dövlətlərini müharibə zonasına çevirmişdir. ABŞ-İsrail koalisiyası İrana qarşı 13-24 iyun 2025-ci il 12 günlük müharibədən nəticə çıxarmayaraq 28 fevral 2026-cı ildə İranın daxili işlərinə qarışaraq rejimi devirmək məqsədi ilə İran İslam respublikasına müharibə elan etmişdir. Dövlətin başçısı Ali zati rəhbər Əli Xomenei, Təhlükəsizlik Şurasının katibi Əli Lari......ani, onlarla yüksək vəzifəli dövlət adamları, ordukomandirləri qətlə yetirilmişdir. 28 fevral 2026-cı il tarixdə Minab məktəbinə hücum nəticəsində içərisində çoxu uşaq olmaqla 168 nəfər öldürülmüşdür. Müharibə indi də davam edir. İran Hörmüz boğazını bağlamış, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt, İordaniya, Bəhreyn, Yəmən, İraqdakı ABŞ hərbi bazalarını raketlərlə vurmaqla Yaxın, Orta, Şərq regionu hərbi ekskalasiya meydanına çevrilmişdir. Yəməndə vətəndaş müharibəsi başlamışdır. Göründüyü kimi beynəlxalq arenada güc faktoru sülh, təhlükəsizlik qarantı kimi yox, destabilizasiya aləti kimi özünü göstərir. Gücün digər forması, “ağlın gücü” məqbuldur, yetərlidir, zamanın tələbini əks etdirdikdə müasirdir və alternativi yoxdur. “Ağlın gücü” təhlükəsizliyi təmin etmək üçün prinsip, qanun, pakt, saziş, müqavilə, anlaşma və sairədən istifadə edir. Dinc yanaşı yaşamaq prinsipi Regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn əsas prinsipidir. Bunun üçün dövlətlər arası kommunikasiyaların açıqlması, enerji sistemlərinin birləşdirilməsi, qarşılıqlı və ya birtərəfli investisiya qoyuluşu,birgə müəssisələrin yaradılması, vizasız gəliş-gedişin təşkil olunması, taleyüklü məsələlərdə yardımçı olmaq, təbii fəlakət, texnogen qəza zamanı humanitar yardım göstərmək, yəni dövlətlərarası bağlantı yaratmaq tələb olunur. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipi Hər bir xalq üçün onun dövləti və beynəlxalq miqyasda tanınmış ərazisi müqəddəsdir. Müqəddəs yerə yad əl toxuna bilməz. Daxili işlərə qarışmamaq XXI əsrin I yarısında qlobal təhlükəsizlik üçün ən böyük təhdid “qlobal güc”lərin suveren dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxiləsidir. Biz bunu əsrin əvvəllərindən görməkdəyik. 20 mart – 09 aprel 2003-cü il tarixdə ABŞ və müttəfiqləri kütləvi qırğın silahları istehsalı bəhanəsi ilə, halbuki sonradan bu təsdiq olunmadı, İraqa hərbi müdaxilə edilmiş, İraq lideri Səddam Hüseyn dar atacından asılmaqla qətlə yetirilmişdir. 2011-ci ildə Liviyada “ərəb baharı” adı altında Liviya lideri Müəmmar Qəddafi hakimiyyəti NATO qüvvələrinin iştirakı ilə həyata keçirilmiş əməliyyatda devrilmiş, Müəmmar Qəddafi qətlə yetirilmişdir, ABŞ-İsrail koalisiyasının İran İslam respublikasına qarşı 13-24 iyun 2025-ci il 12 günlük müharibəsi, həmçinin 28 fevral 2026-cı ildə daşlaşmış indi də davam edən, Yaxın və Orta Şərqdə hərbi ekskalasiyaya səbəb olmuş müharibə İranın daxili işlərinə kobud müdaxilədir. I halda bu nüvə silahı istehsalı ilə əlaqədar idisə, halbuki İranda nüvə silahı yoxdur. II halda isə 2025-ci ilin sonlarında İranda hökumət əlehinə etiraz dalğası zəminində İranda siyasi rejimi devirmək məqsədi güdürdü. Hər bir dövlətin daxili işi onun özünə məzsusdur.Bir dövlət və ya dövlətlər qrupu digər dövlətin daxili işlərinə müdaxilə edə bilməz. Mübahisəli məsələləri güc tətbiq etmədən beynəlxalq hüquq normalarına əsasən həll etmək prinsipi Mübahisəli məsələlər öz aralarında diplomatik yolla həll olmadıqda son instansiya BMT-nin Təhlükəsizlik Şurasıdır. Xalqların bərabərliyi prinsipi İrgiçilik, hakim millətçilik, antisemitizm, türkofobiya, russofobiya tarixin arxivinə atılmalı, digər xalqlara, milli azlıqlara, etnik qruplara, onların həyat tərzinə, mədəniyyətinə, incəsənətinə, adət-ənənələrinə münasibətdə tolerantlın hökm sürməlidir. Tolerantlıq xalqın işidir. Onu xalq yaradır. Dövlət tolerantlığı qanunvericiliklə təsbit edir. Onun müvafiq orqanları tolerantlıq mühitinə qəzarəti həyata keçirir.
24 oktyabr 2026-cı il
Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

