Demo Sayt » iqtisadiyyat » Maliyyə Nazirliyi: Nəticəsaslı büdcə mexanizmi beynəlxalq səviyyədə tanına bilər


Maliyyə Nazirliyi: Nəticəsaslı büdcə mexanizmi beynəlxalq səviyyədə tanına bilər

Bu gün, 13:22
Çap et

Nəticəsaslı büdcə mexanizminin tətbiqi islahatların keyfiyyətinin yüksəldilməsi, sürətləndirilməsi və şəffaflığın artırılması üçün zəruri bir tələbdir.

Bu sözləri Maliyyə Nazirliyinin Aparatının Nəticəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlılığın təmin edilməsi” mövzusundakı panel müzakirəsində deyib.

Şöbə müdiri bildirib ki, hazırda islahatların 8-ci ilindəyik və bunun birinci, ikinci ili ilkin qərarların hazırlanmasına həsr olunmuşdu.

“Sonra isə 5 illik pilot dövrü yaşadıq, 7-ci ili isə islahatların hazırlanmasına və hazırlıq işlərinə sərf olundu. Tövsiyə olunan metodologiyanın yaxşı və pis tərəfləri ortaya çıxdı və biz bu dövrdə Azərbaycana uyğunlaşdırılmış mexanizm işlədik. Bu mexanizm bir Azərbaycan modelidir və ümid edirəm ki, gələcəkdə ölkəmizin fintex sahəsindəki digər uğurlu brendi olan “ASAN xidmət” kimi beynəlxalq səviyyədə tanınacaq”,- deyə o qeyd edib.

Reytinq: