Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edirBu gün, 11:28
Çap et
Azərbaycanda vergi və gömrük güzəştlərinin məbləği böyükdür. Azərbaycan bu gün həm vergi, həm gömrük güzəştləri təqdim edir. Bunu maliyyə naziri Sahil Babayev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib. O bildirib ki, burada əsas məqsəd məhz iqtisadiyyatın, real sektorun inkişafı, biznesə, sahibkarlığa dəstək tədbirləridir. Ona görə də biz güzəştlərin hər zaman müddətli olmasının tərəfdarıyıq. Çünki onun müddəti bitdikcə növbəti uzatmanın qiymətləndirilməsi zamanı biz öncəki dövrün faktını da nəzərə alırıq. Öncəki dövrdə verilən bu güzəştin nəticəsini bir daha qiymətləndiririk. “Bu güzəşt qərarları tək iqtisadi meyarlar üzərindən verilməyib. Bu güzəşt qərarlarının kifayət qədər böyük bir hissəsi sosial siyasət, sosial dövlət prizmasından çıxış edilərək həssas qruplarımızın qorunması üçün verilib”, - deyə nazir vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
