Demo Sayt » gundem » YENİ DÜNYA FORMATINA DOĞRU


YENİ DÜNYA FORMATINA DOĞRU

Bu gün, 10:16
Çap et

AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ NƏZƏRƏN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN İNTERPRETASİYASI

Əliyev Məsum Kamal oğlu


Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri


 

Yenidənqurma


 

Yeni dünya formatına doğru gedən yolu yenidənqurmasız təsəvvür etmək mümkün deyil. Yenidənqurma tarixin müxtəlif dönəmlərində obyektiv zərurət olduqda baş verir. Obyektiv zərurət kimi inqilabları, intibah dövrlərini, zamanın aktual çağırışlarını göstərə bilərik. Yenidənqurma nədir? Yenidənqurmanı şərtləndirən cəhətlər hansılardır? Yenidənqurma obyektiv reallığın təsiri ilə həyatın bütün sahələrinin inkişafı prosesidir.


 

Mövcud reallıq, dünyada gedən xaotik proseslər, müharibələr, münaqişələr, qarşıdurmalar, daha yaxşı gələcək yenidənqurmanı şərtləndirir.


 

Yenidənqurmanın iqtisadi əsasını istehsal üsulu təşkil edir. Hal-hazırkı dövrdə bunu 4-cü sənaye inqilabı diktə edir. İqtisadiyyatın rəqəmsallaşması, süni intellektin tətbiqi, iqtisadiyyatın qloballaşması hər addımda özünü göstərir. Transmilli şirkətlər bu istiqamətdə xüsusi rola malikdir. Onlar sərhəd tanımır. Transmilli şirkətlər qlobal iqtisadiyyatın aparıcı lokomotivləridir. Cobrafi mövqe, iqlim qurşağı, xammal ehtiyatları, işçi qüvvəsi, enerji mənbələrinə çıxış və sairə nəzərə alınmaqla geniş coğrafiyada iqtisadiyyat yenidən qurulur. Yenidənqurmanı müasir dövrdə şərtləndirən digər amil zamanın qlobal çağırışı olan istiləşmə effektidir. Bu karbon emissiyasını azaltmaq üçün istehsal olunan enerji balansına yeni baxış təqdim edir. Ümumi payda alternativ enerji istehsalının durmadan artırılması və beləliklə qlobal istiləşməni 1,5°C civarında saxlamaq üçün külək, günəş, hidrogen, nüvə enerjisindən istifadə ön plana çıxır.


 

Yenidənqurma zamanın çağırışlarına adekvat cavab vermək üçün dövlətlərarası münasibətlərə yenidən baxmağı tələb edir. İlk növbədə regional münasibətlər önə çıxır. Regional münasibəğdər regionar təhlükəsizliyi təmin etməlidir. Bunun üçün region dövlətlərinin iqtisadiyyatının əlaqələndirilməsi, kommunikasiyaların açılması, birgə müəssisələrin yaradılması, enerji sistemlərinin birləşdirilməsi region dövlətlərini biri-birinə bağlayar.


 

Bütün dövrlər üçün zamanın ən əhəmiyyətli çağırışı sülhə və beynəlxalq təhlükəsizliyə olan çağırışdır. Müasir dövrdə bu xüsusilə aktualdır. 24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukraina müharibəsi davam edir. 14 oktyabr 2023-cü il yenidən kəskinləşmiş İsrail-Fələstin münaqişəsi artıq Yaxın Şərq dövlətlərdə sirayət etmiş, Amerika-İran müharibəsi mərhələli şəkildə davam edir. Dövlətlər arası münasibətləri tənzimləyən, beynəlxalq sülhü və təhlükəsizliyi təmin edən beynəlxalq qurum olmaq etibarı ilə Birləşmiş Millətlər Təşkilatının rolu yetərsizdir. Beynəlxalq sülh və təhlükəsizlik üçün məsul olan BMT-nin Təhlükəsizlik Şurası yenidən qurulmalıdır. Daimi üzvlərin sayı artırılmalı, prosedura qaydaları dəyişdirilməli, çıxarılmış qərar və qətnamələrin həyata keçirilmə mexanizmi dəqiqləşdirilməlidir.


 

Müasir dövrdə millətlərarası münasibətlərin yenidən qurulmasına böyük ehtiyac vardır. İrgiçilik, hakim millətçilik-şovinizm, islamofobiya, türkofobiya, ksenofobiya, russofobiya, antissemitizm real həyatda rast gəlinir. Xüsusilə Avropada radikal millətçilik Almaniya, Polşa, Fransa kimi dövlətlərdə baş qaldırıb. Gəlmələrə, miqrantlara, digər xalqın nümayəndələrinə qarşı qərəzli münasibət, ikrah hissi, dözməzlik adi hal almışdır. Nəzərə aldıqda ki, tək-tək dövlətlər istisna olmaqla yerdə qalanlar çoxmillətli, çoxkonfensiyalıdır, onda problemin nə dərəcədəböyük olduğu göz önünə gəlir. Millətlərarası münasibətlərdə digər xalqlara, onların adət-ənənələrinə, mədəniyyətinə, incəsənətinə, həyat tərzinə münasibətdə tolerantlıq bəşəriyyətin heç də uzaq olmayan keçmişdə qazandığı mühüm nailiyyətlərdən biridir. Tolerantlıq xalqın işidir. Onu xalq yaradır və inkişaf etdirir. Dövlət tolerantlığı qanunvericiliklə təsbit edir. Onun müvafiq orqanları tolerantlıq mühitinə nəzarəti təmin edir və həyata keçirir. Multikulturalizmə alternativ yoxdur. Müxtəlif xalqlar, milli azlıqlar, etnik qruplar tolerantlıq şəraitində birgəyaşamağa məhkumdur. Bəzi «qərb ideoloqları» multikulturalizmi inkar edir, onun mümkünsüzlüyünü iddia edirlər. Onlara cavab olaraq deyirik: multikulturalizm görmək istəyən Azərbaycana gəlsin.


 

 


Ardı var


 

9 sentyabr 2026


Rusiya niyə yenidən “3+3” formatını gündəmə gətirir? - AÇIQLAMA -  ERAmedia.az

 

Reytinq: