YENİ DÜNYA FORMATINA DOĞRUBu gün, 20:57
Çap et Yeni dünya formatına doğru gedə yolu xalqların, milli azlıqların, etnik qrupların milli mentaliteti nəzərə alınmadan təsəvvür etmək mümkün deyil. Dünyada nə qədər xalq, milli azlıq, etnik qrup varsa o qədər də milli mentalitet mövcuddur ə biri-birindən bu və ya digər dərəcədə fərqlənir, milli-mədəni müxtəliflik şəklində özünü göstərir. Əslində biomüxtəliflik təbiəti necə zənginləşdirirsə, milli-mənəvi müxtəliflik cəmiyyəti eynilə zənginləşdirir. Xalqların, milli azlıqların, etnik qrupların milli mentaliteti tarixi inkişaf prosesində formalaşır, coğrafi mühitin, müxtəlif həyat şəraitinin təsiri altında yaranır, obyektiv reallıq və nəisldən-nəsilə ötürülür. Milli ruhu, milli xarakteri, milli düşüncəni, adət və ənənələri, bayram və mərasimləri, mədəniyyəti, o cümlədən qidalanma mədəniyyəti, geyim mədəniyyəti, ünsiyyət mədəniyyəti, davranış mədəniyyəti, həmçinin dini dünya görüşü, əxlaqi, özündə ehtiva edən milli mentalitet özünəməxsusluğu ilə seçilir, amma dəyişilməz deyildir. İndiki zamanın çağırışlarına adekvat cavab vermək qabiliyyəti, müasirlik, eyni zamanda inqilablar, məsələn 4-cü sənaye inqilabı, intibah dövrləri milli mentaliteti zənginləşdirir. Hər bir xalqın, milli azlığın, etnik qrupun milli mentaliteti onun inkişaf tarixinin qısa təkrarıdır. Milli mentalitet milli-mənəvi dəyərlər toplumudur, tarix boyu əldə edilən, özünəməxsusluğu ilə fərqlənən milli-mənəvi dəyərlərin məcmusudur. Bütövlükdə milli mentalitet sivilizasiyanın tərkib hissəsidir. O, kimsə tərəfindən hazır şəkildə verilməyib, bioloji olaraq “xalq instinkti” kimi ötürülə bilməz. Milli mentalitet heç vaxt qarşıdurma, savaş predmeti olmamışdır və dəyər forması olmaq etibarı ilə ola di bilməz. Əksinə bir xalqın milli mentalitetində olan dəyərlər digər xalqların mentalitetində də ola bilər və bu ortaq dəyərlər, ortaq mədəniyyət adlanır. Tək-tək dövlətlər istisna olmaqla yerdə qalanları çoxmillətli, çox konfessiyalıdır. Bu da tolerant mühitin yaradılmasını zəruri edir. Tolerantlıq ilk növbədə xalqın işidir. Bu cəhətdən Azərbaycan xalqı və dövləti dünyaya nümunə göstəriləcək səviyyədədir. Azərbaycan milli mentalitetində qonaqpərvərlik qırmızı xətti təşkil edir və dünya tərəfindən qəbul olunur. Azərbaycan Respublikasında multikulturalizm həyat tərzinə çevrilmiş və hökm sürməkdədir. Azərbaycan multikulturalizmi dərs vəsaiti kimi Avropanın aparıcı universitetlərində tədris olunmaqdadır. Azərbaycan dövləti və onun müvafiq strukturları tolerant mühitin davamlı olmasını təmin edir. Millətlər arası münasibətlərə həmçinin dövlətlər arası münasibətlərin tənzimlənməsində, tolerantlığın təbliği və təşvigində Beynəlxalq QHT-ı zamanın tələbi kimi müəyyən rol oynaya bilir. Təəssüf hissi ilə qeyd edirəm ki, özünü yüksək inkişaf etmiş, yüksək mədəniyyətə malik, başqalarına “demokratiya dərsi” keçən, demokratiyanı özününküləşdirən Avropa İttifaqı ölkələrində, xüsusilə Almaniya, Polşa, Fransada radikal millətçilik baş qaldırmaqdadır. “Almaniya almanlar üçün” şüarını əsas götürən Almaniya üçün alternativ partiyası artıq bəzi torpaqlarda, seçkilərdə qalib olmuşdur. Hər addım başı gəlmələrə, digər millətlərə, miqrantlara qərəzli münasibət, ikrah hissi, dözməməzlik özünü göstərir. İspaniya və Portuqaliyada da analoji hadisələr baş verir. Hər bir xalq üçün milli mentalitet əzizdir, onun vizit kartıdır. Qədirbilən üçün o, müqəddəslik səviyyəsində olmalıdır. Vətən kimi, milli-mənəvi dəyərlər toplumu olan milli mentalitet qorunmalıdır. Müasir dövrdə informasiya vasitələrinin bolluğu şəraitində internetdən, sosial şəbəkələrdən istifadə edərək milli-mənəvi dəyərlərimizə qarşı, onun sarsıdılması istiqamətində çox müxtəlif vasitələrlə məqsədyönlü iş aparılır. Milli-mənəvi dəyərlərimizə əməllərimizlə, gördüyümüz işlərlə sahib çıxmalıyıq. Bu hər bir azərbaycanlının ən azı vətəndaşlıq borcudur.
Ardı var
Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri,
18 sentyabr 2026
Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
