Demo Sayt » idman » Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür


Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Bu gün, 10:25
Çap et

 

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürəcək.

Açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

Reytinq: