Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı
28-03-2017, 09:49. Разместил: heqiqet
Bu barədə dövlət başçısı özünün “Tvitter” səhifəsində yazıb.
“Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarinin seçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyatdır”, D.Tramp yazıb.
Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.
Вернуться назад