Heqiqet.Az » dunya » Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı


Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı

28-03-2017, 09:49
Çap et
Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı ABŞ prezidenti Donald Tramp Nümayəndə Palatasını Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb
Bu barədə dövlət başçısı özünün “Tvitter” səhifəsində yazıb.
“Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarinin seçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyatdır”, D.Tramp yazıb.
Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.
Reytinq: