Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib
26-04-2017, 08:59. Разместил: heqiqet
Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb.
Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub.
“Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, - deyə məlumatda bildirilir.
Вернуться назад