Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib26-04-2017, 08:59
Çap et Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib. Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb. Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub. “Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, - deyə məlumatda bildirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
