Həmvətənimiz Rusiyada neft şirkətinin baş direktoru təyin edilib
13-11-2018, 17:14. Разместил: heqiqet
Fərid Verdiyev bu vəzifəyə təyin edilənə qədər Sankt-Peterburqda "Texniki-tətbiq tipli xüsusi iqtisadi zona” açıq səhmdar cəmiyyətinin filialına rəhbərlik edib.
AZƏRTAC xəbər verir ki, F.Verdiyev şirkətin yeni rəhbəri vəzifəsinə Direktorlar Şurasının iclasında təyin edilib.
Fərid İlham oğlu Verdiyev 1980-ci ildə Bakıda anadan olub. Şimal-Qərb Dövlət Xidməti Akademiyasının hüquq fakültəsini "yurisprudensiya” ixtisası üzrə bitirib.
2002-2006-cı illərdə Rusiya Federasiyası Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə kommersiya qurumlarında bir sıra rəhbər vəzifələr tutub. Evlidir, bir oğlu var.
"Nen neft şirkəti” səhmdar cəmiyyəti 1998-ci il iyulun 1-də Nen Muxtar Mahalı Administrasiyasının qərarı ilə yaradılıb. "Nen neft şirkəti” səhmdar cəmiyyətinin yeganə təsisçisi Rusiya Federasiyasının subyekti olan Nen Muxtar Mahalıdır.
Вернуться назад