Həmvətənimiz Rusiyada neft şirkətinin baş direktoru təyin edilib13-11-2018, 17:14
Çap et Fərid Verdiyev bu vəzifəyə təyin edilənə qədər Sankt-Peterburqda "Texniki-tətbiq tipli xüsusi iqtisadi zona” açıq səhmdar cəmiyyətinin filialına rəhbərlik edib. AZƏRTAC xəbər verir ki, F.Verdiyev şirkətin yeni rəhbəri vəzifəsinə Direktorlar Şurasının iclasında təyin edilib. Fərid İlham oğlu Verdiyev 1980-ci ildə Bakıda anadan olub. Şimal-Qərb Dövlət Xidməti Akademiyasının hüquq fakültəsini "yurisprudensiya” ixtisası üzrə bitirib. 2002-2006-cı illərdə Rusiya Federasiyası Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə kommersiya qurumlarında bir sıra rəhbər vəzifələr tutub. Evlidir, bir oğlu var. "Nen neft şirkəti” səhmdar cəmiyyəti 1998-ci il iyulun 1-də Nen Muxtar Mahalı Administrasiyasının qərarı ilə yaradılıb. "Nen neft şirkəti” səhmdar cəmiyyətinin yeganə təsisçisi Rusiya Federasiyasının subyekti olan Nen Muxtar Mahalıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
