DataLife Engine > dunya > Həbsxanada 35 il günahsız yatdı, milyonçu oldu

Həbsxanada 35 il günahsız yatdı, milyonçu oldu


30-08-2019, 10:54. Разместил: heqiqet Həbsxanada 35 il günahsız yatdı, milyonçu oldu ABŞ-ın Nevada ştatının sakini cinayət törətmədiyi halda 35 il həbs cəzası çəkdiyi üçün məhkəmənin qərarı ilə üç milyon dollar kompensasiya alıb.
Bu haqda "Daily Mail” nəşri bildirib.
1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçellin qətlində ittiham olunaraq 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətin özü 1976-cı ildə törədilmişdi. Nevada ştatının Ali Məhkəməsi hökmü ləğv edib, ancaq 1984-cü ildə qadın yenidən ittiham olunub. Cinayət işinə baxan yuxarı instansiya məhkəməsi də hokmü qüvvədə saxlayıb.
Vudsun günahsızlığı 1976-cı ildə istintaq hərəkətlərinin yerinə yetilrməsi zamanı mövcud olmayan DNT analizinin köməyi ilə müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Vəkilin sözlərinə görə, Vuds həmçinin Reno şəhərinin hakimiyyətindən və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından əlavə kompensasiya almağa nail olmaq niyyətindədir.
Вернуться назад