Həbsxanada 35 il günahsız yatdı, milyonçu oldu30-08-2019, 10:54
Çap et Bu haqda "Daily Mail” nəşri bildirib. 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçellin qətlində ittiham olunaraq 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətin özü 1976-cı ildə törədilmişdi. Nevada ştatının Ali Məhkəməsi hökmü ləğv edib, ancaq 1984-cü ildə qadın yenidən ittiham olunub. Cinayət işinə baxan yuxarı instansiya məhkəməsi də hokmü qüvvədə saxlayıb. Vudsun günahsızlığı 1976-cı ildə istintaq hərəkətlərinin yerinə yetilrməsi zamanı mövcud olmayan DNT analizinin köməyi ilə müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Vəkilin sözlərinə görə, Vuds həmçinin Reno şəhərinin hakimiyyətindən və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından əlavə kompensasiya almağa nail olmaq niyyətindədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
