İrandan narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
14-04-2020, 07:20. Разместил: heqiqet
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları son bir həftə ərzində 2 halda 10 kiloqram 490 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar.
Daxil olmuş əməliyyat məlumatlarına əsasən, "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kiloqram heroin və 1 kiloqram 950 qram metamfetamin, "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 730 qram heroin və 1 kiloqram 770 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Вернуться назад