DataLife Engine > sosial > Xaçmazda əkin sahələri susuz qalıb

Xaçmazda əkin sahələri susuz qalıb


6-05-2020, 05:01. Разместил: heqiqet Xaçmazda əkin sahələri susuz qalıb Xaçmazda təsərrüfatların sulanmasında problem yaranıb. Bağ və əkin sahələrini suvarmaq istəyən fermerlər suyun olmamasından əziyyət çəkirlər.
Bu problem əsasən rayonun Yergüc, Arzu, Hacıəlibəy, Bayoba və Sərkərli kəndlərində yaşanır.
Sakinlər deyirlər ki, hazırda ən çox ehtiyac olduğu vaxtda bağlarını suvara bilmirlər.
Kənd sakinlərinin "Yergüc Sudan İstifadə Edənlər Birliyi" ilə müqavilələri olsa da, ancaq son bir neçə aydır onlar su üzünə həsrət qalıblar. Birlikdən isə bildirdilər ki, onların Xaçmaz Suvarma Sistemləri İdarəsinə olan borcuna görə belə problem yaranıb. Kənd sakinləri isə bu problemin onlara aidiyyatının olmadığını deyirlər.
Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirdi ki, problemi qidalandırıcı kanalda suyun az olmasından qaynaqlanır. Başçının müavini buna baxmayaraq, məsələnin həll olunacağını dedi.
Xaçmaz rayonu üzrə 50 min 286 hektar suvarılan sahə var ki, bunun da cəmi 9 min hektarı suvarılıb.

Вернуться назад