Xaçmazda əkin sahələri susuz qalıb6-05-2020, 05:01
Çap et Xaçmazda təsərrüfatların sulanmasında problem yaranıb. Bağ və əkin sahələrini suvarmaq istəyən fermerlər suyun olmamasından əziyyət çəkirlər.Bu problem əsasən rayonun Yergüc, Arzu, Hacıəlibəy, Bayoba və Sərkərli kəndlərində yaşanır. Sakinlər deyirlər ki, hazırda ən çox ehtiyac olduğu vaxtda bağlarını suvara bilmirlər. Kənd sakinlərinin "Yergüc Sudan İstifadə Edənlər Birliyi" ilə müqavilələri olsa da, ancaq son bir neçə aydır onlar su üzünə həsrət qalıblar. Birlikdən isə bildirdilər ki, onların Xaçmaz Suvarma Sistemləri İdarəsinə olan borcuna görə belə problem yaranıb. Kənd sakinləri isə bu problemin onlara aidiyyatının olmadığını deyirlər. Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirdi ki, problemi qidalandırıcı kanalda suyun az olmasından qaynaqlanır. Başçının müavini buna baxmayaraq, məsələnin həll olunacağını dedi. Xaçmaz rayonu üzrə 50 min 286 hektar suvarılan sahə var ki, bunun da cəmi 9 min hektarı suvarılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Xaçmazda təsərrüfatların sulanmasında problem yaranıb. Bağ və əkin sahələrini suvarmaq istəyən fermerlər suyun olmamasından əziyyət çəkirlər.