Polşa Makedoniya və Monteneqronu NATO-ya qoşulmağa çağırdı
3-09-2015, 12:27. Разместил: heqiqet
Polşa 2016-cı ilin iyulunda Varşavada keçiriləcək NATO-nun sammitində Makedoniya və Monteneqronun Alyansa dəvət almasını istəyir. APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Polşanın milli müdafiə naziri Tomaş Semonyak Varşavada makedoniyalı həmkarı ilə görüşündən sonra bəyan edib.“Danışıqlarımızın əsas mövzusu Varşava sammitində Makedoniya və Monteneqronun NATO-ya dəvət alması məsələsi olub. Məlum olduğu kimi, Polşa “açıq qapı” siyasətinin fəal tərəfdarı olaraq NATO-nun xüsusilə Balkan regionunda genişləndirilməsini dəstəkləyir”, deyə T.Semonyak bildirib.
Qeyd edək ki, Şimali Atlantika Alyansına yeni dövlətlərin dəvət olunması məsələsinə NATO ölkələri XİN rəhbərlərinin görüşündə baxıla bilər.
Вернуться назад