Polşa Makedoniya və Monteneqronu NATO-ya qoşulmağa çağırdı3-09-2015, 12:27
Çap et Polşa 2016-cı ilin iyulunda Varşavada keçiriləcək NATO-nun sammitində Makedoniya və Monteneqronun Alyansa dəvət almasını istəyir. APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Polşanın milli müdafiə naziri Tomaş Semonyak Varşavada makedoniyalı həmkarı ilə görüşündən sonra bəyan edib.“Danışıqlarımızın əsas mövzusu Varşava sammitində Makedoniya və Monteneqronun NATO-ya dəvət alması məsələsi olub. Məlum olduğu kimi, Polşa “açıq qapı” siyasətinin fəal tərəfdarı olaraq NATO-nun xüsusilə Balkan regionunda genişləndirilməsini dəstəkləyir”, deyə T.Semonyak bildirib. Qeyd edək ki, Şimali Atlantika Alyansına yeni dövlətlərin dəvət olunması məsələsinə NATO ölkələri XİN rəhbərlərinin görüşündə baxıla bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Polşa 2016-cı ilin iyulunda Varşavada keçiriləcək NATO-nun sammitində Makedoniya və Monteneqronun Alyansa dəvət almasını istəyir. APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Polşanın milli müdafiə naziri Tomaş Semonyak Varşavada makedoniyalı həmkarı ilə görüşündən sonra bəyan edib.