DataLife Engine > hadise > AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını onu vuran sürücüdən və atasından aldı

AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını onu vuran sürücüdən və atasından aldı


19-05-2021, 06:15. Разместил: heqiqet AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını onu vuran sürücüdən və atasından aldı Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Quşçular kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub.
Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub.
Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад