AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını onu vuran sürücüdən və atasından aldı19-05-2021, 06:15
Çap et Hadisə rayonun Quşçular kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub. Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub. Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
