Heqiqet.Az » hadise » Magistral yolda 2 qadını avtomobil vurub


Magistral yolda 2 qadını avtomobil vurub

11-02-2016, 10:36
Çap et
 Magistral yolda 2 qadını avtomobil vurub
Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakı-Ələt magistralının 69-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili 1951-ci il təvəllüdlü Hacıyeva Gülsarə Əlisa qızını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Oxşar Hadisə Balakən rayonunda da, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 150-ci kilometrliyində baş verib. "VAZ 2106" markalı avtomobil 1946-cı il təvəllüdlü Bayramova Pirdaş Məcid qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Reytinq: