Demo Sayt » hadise » Salyandakı dəhşətli qəzada 3 nəfər öldü


Salyandakı dəhşətli qəzada 3 nəfər öldü

2-06-2015, 12:51
Çap et
Salyandakı dəhşətli qəzada 3 nəfər öldü Salyanda ağır yol qəzası baş verib.
Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:17-də başa çatıb.
Reytinq: