Damət Salmanoğlu "Xatırlamaq..."Bu gün, 14:52
Çap et Damət Salmanoğlu Xatırlamaq... Xəyalən keçmişə dönmək, Uşaqlığın qoxusunu yenidən duymaq, Qəlbin ən saf guşəsində Səssiz bir ibadət etmək kimidir. Yazın ilk günlərində, Yağışlar torpağı isladanda, Göy çəmənlər boy atanda, Yalın ayaqla yaşıl çəmənlər üstə Qaçdığın günləri xatırlamaq... Seevincli uşaq gülüşlərini Yenidən eşidib duymaq, Küləyin gətirdiyi xatirələrlə Bir anlıq o məsum illərə qayıtmaq Ömrün ən ülvi səadətidir. Bəzən bir çiçəyin ətri, Bəzən bir quşun nəğməsi, Bəzən də yağış damlalarının səsi İllərin toz basmış xatirələrini Bir anda oyadıb dilə gətirər. O günlərdə nə var-dövlət vardı, Nə şöhrət, nə də təmtəraq. Bir parça çörək, bir ovuc sevinc, Bir də saf ürəklə qurulan dostluqlar Bizə bütöv bir dünya bəxş edərdi. İndi hər xatirə bir ömür qədər əzizdir, Hər xatirə qəlbdə yanan bir çıraqdır. Keçmişə sevgi ilə baxan insan Sabaha da ümidlə addımlayar, Çünki xatirələr ömrün solmayan çiçəkləridir. Elə buna görə də xatırlamaq Sadəcə keçmişi yada salmaq deyil. Xatırlamaq – insanın özünə qayıtması, Uşaqlığın saflığını yenidən yaşaması, Ruhunu təmizləyən müqəddəs bir ibadətdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
