Demo Sayt » siyaset » YENİ DÜNYA FORMATINA DOĞRU


YENİ DÜNYA FORMATINA DOĞRU

Bu gün, 11:43
Çap et

  

İnsan hüquq və azadlıqları, demokratiya bütün dövrlərdə dövlətin, cəmiyyətin həyatında diqqət mərkəzində olmuşdur. Demokratiya ölkənin, dövlətin, milli sərvətlərin, mədəniyyətin, hakimiyyətin mənbəyi və sahibi xalqdır anlama gəlir. Təəssüf ki, bu ümumbəşəri dəyər bir çox hallarda ABŞ administrasiyası, Avropa İttifaqı və onun müxtəlif təsisatlarında hər hansı hədəfdə olan dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə olunmuş və olunmaqdadır. Hal-hazırda bu mövzu sanki aktual deyil. Əslində isə yeni dünya formatına gedən yolda demokratizm və insan hüquqları inkişaf etdirilməli sahələrdir.


Bəşəriyyətin işıqlı bu günü və gələcəyi olan demokratiya qədim tarixə malikdir. Demokratiya empirik dövrdə ibtidai icma quruluşunda mövcud olmuşdur. Demokratiyanın inkişaf XX əsrin ortalarına təsadüf edir. 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assembleyasıpreambula və 30 maddədən ibarət Ümumdünya İnsan Hüquqları Bəyannaməməsini qəbul edir. Bu sənəd beynəlxalq miqyasda insan hüquqları haqqında qəbul olunmuş ilk sənəd hesab olunur. Daha sonra 19 dekabr 1966-cı ildə mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qəbul olunur və 23 mart 1976-cı ildə qüvvəyə minir.


Beynəlxalq hüquqda hüquqi-demokratik dövlətin təşəkkül tapması idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul olunur. Xalqın birbaşa və ya dolayı qərarvermə prosesinə qatılması, yəni iqtidarın demokratikləşməsi, azadlıqların reallaşması prosesi demokratik qanunların qəbul olunması və həyata keçirilməsi, demokratik adət-ənənələrin nəsildən-nəsilə öldürülməsi, həmçinin nəzarət mexanizmlərinin tətbiqi, həm dövlət, həm də ictimai nəzarətin bərqərar olması ilə həyata keçirilir. Demokratik adət-ənənələr coğrafi mövqeyindən, dini-etnik müxtəlifliyindən asılı olaraq spesifikliyi ilə fərqlənməklə bütün xalqlara məxsusdur. Çoxmillətli Azərbaycan dövləti özünəməxsus demokratik ənənələrə malikdir. Varisi olduğumuz 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərq aləmində ilk parlamentli respublika idi. Qadınlara seçki hüququ verən ilk dövlət məhz Azərbayxan dövləti olmuşdur. 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Azərbaycan Respublikası Konstitusiyasının üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təmin olunmasına həsr olunmuşdur.


Demokratiyanın təsahür formalarından biri demokratik adət-ənənələrin olmasıdır. Mövcud adət-ənənələr gücləndirilməli, zərurət olduqda yeniləri təşəkkül tapmalıdır.


Müstəqilliyin bərpa olunmasından sonra yaranan demokratik ənənələrdən biri hərbi xidmətə gedənlər, həmçinin hərbi xidmətdən tərxis olunanlar üçün təntənəli mərasimlərin keçirilməsidir. Burda qohum-əqraba, dost-tanış, yaxın adamlar iştirak edirlər. Nişanlılar arasında bayramlar ərəfəsində oğlan evinin qız evinə xonça bəzəyib aparması, bayramlaşması demokratik adət-ənənələrdən sayılır və qədim tarixə malikdir. Cərrahiyyə əməliyyatı keçirmiş, ağır xəstəliyə məruz qalmış xəstələrin qohumlar, dsot-tanış, yaxın adamlar, dost-tanış, yaxın adamlar tərəfindən ziyarət olunması ənənə şəklini almışdır. Təhsil müəssisələrində təhsilə başlama və təhsilin sona çatması həmin şəxslər üçün tarixi hadisə olduğundan bu günlərin bayram şəklində kollektiv keçirilməsi demokratik ənənə sayılır. Müxtəlif regionlarda aparıcı məhsulun adı ilə məhsul bayramlarının keçirilməsi demokratik ənənədir və müstəqillik illərində yaranmışdır.


Göyçayda nar bayramı, Neftçalada balıq bayramı, Qubada alma bayramı və sairə. Müxtəlif inanclı, müxtəlif konfessiyalı, müxtəlif əqidəyə malik insanların biri-birinin bayramlarında iştirak etməsi, bayramlaşması multikulturalizmin təntənəsi olmaqla bu günün obyektiv reallığıdır. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmur. 44 günlük Vətən müharibəsinin başlandığı gün 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin fərmanı ilə hər il anım günü kimi qeyd edilir. Həmin gün şəhidlərin qəbirüstü abidələri ziyarət olunur və artıq demokratik ənənə şəklini almışdır. Azərbaycan xalqı həmçinin öz dahilərini unutmur. Müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin doğum və vəfat etmə günləri, 10 may və 12 dekabr Azərbaycanın, eləcə də dünyanın hər yerində azərbaycanlılar və heydərsevərlər tərəfindən ziyarət olunması demokratik ənənə sayılır. Həmin tarixlərdə Heydər Əliyev irsinin, xüsusilə onun Dövlətçilik fəlsəfəsinin aktual məsələləri barədə konfrans, simpozium, seminarlar keçirilir.


Hüquqi-demokratik dünyəvi dövlət idarəetməsində ictimai və dövlət nəzarət sisteminin formalaşdırılması önəmli məsələdir. İctimai nəzarətin formalaşdırılmasında qeyri-hökumət təşkilatları əhəmiyyətli rol oynaya bilər. Yerlərdə treninqlər keçirməklə müvafiq QHT-lər əhalini Beynəlxalq Standartlar səviyyəsində hazırlaya bilər. Dövlət nəzarəti sisteminə gəldikdə bu vacib demokratik institutun formalaşmasına 4-cü sənaye inqilabının nailiyyətləri, xüsusilə süni intellekt, rəqəmsallaşma, bulud texnologiyasının tətbiq olunmasızamanın tələbidir.


2009-cu il əhalinin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4%-ni azsaylı xalqlar təşkil edir. Bu gün Azərbaycan Respublikasında ruslar və ukrainlər, tatlar və kürdlər, talışlar və yəhudilər, türklər və ləzgilər, tatarlar və avarlar, malakanlar və ingiloylar, qaracılar və udinlər, almanlar və gürcülər və sairə mehriban ailə şəraitində yaşayırlar. Azərbaycan Respublikasında yaşayan milli alıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında 16 sentyabr 1992-ci ildə qəbul olunmuş 212 №-li Azərbaycan Respublikası Prezidentinin fərmanı mövcuddur.


Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqların qorunması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq dövlət əhalinin danışdığı dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir.


Konstitusiyanın 25-ci maddəsində “dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.


Elə həmin maddədə göstərilir ki, “insan və vətəndaş hüquqlarını vəazadlıqlarını irgi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı şəkildə təsbit edilmişdir. 44-cü maddədə göstərilir ki, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişirdirməyə məcburedilə bilməz”. 45-ci maddəyə görə “Hər kəsin ana dilindən istifadə etmək hüququ ardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”.


Azərbaycan Respublikası eyni zamanda “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nə, “irqi  ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”ya, həmçinin Avropa Şurasının “milli azlıqların müdafiəsi” haqqında Çərçivə Konvensiyası”na qoşulmuşdur.


Azərbaycan Respublikasında yaşayan azsaylı xalqlar dil və mədəniyyətlərini inkişaf etdirmək üçün mədəni mərkəzlər, cəmiyyətlər, icma mərkəzləri yaratmışlar. Bunlardan Talış Mədəni Mərkəzi, Ləzgi Mədəni Mərkəzi, Kurd Mədəni Mərkəzi, tatların “Azəri” Mərkəzi, Rus İcması Cəmiyyəti, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Azərbaycan yəhudiləri cəmiyyəti, məhsəti türklərinin Vətən cəmiyyəti və sairəni göstərmək olar. Bu qurumlar dövlət qeydiyyatından keçmişlər  və vaxtaşırı dövlət yardımı ilə təmin olunurlar.


Azərbaycan n qədim insan məskənlərindən olduğundan burada bütün səmavi dinlər mövcuddur. Müstəqilliyin ilk illərindən, dövlət-din münasibətlərini tənzimləyən “dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunur. Bu qanunla dini qurumların, dini idarə və mərkəzlərin dövlət qeydiyyatına alınması, fəaliyyətinə xitam verilməsi qaydaları, mülkiyyət hüququ, təsərrüfat fəaliyyətlərinə aydınlıq gətirildi.


12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 18, 25, 47, 48 və 71-ci maddələrində dini etiqad və vicdan azadlığına geniş yer verilir. Dövlət quruculuğunun dünyəvi xarakter daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması öz əksini tapır.


Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 21 iyun 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılır. Beləliklə dövlət-din münasibətlərində yeni mərhələ başlayır. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə 2387 məscid, 874 ziyarətgah, 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, 1 bəhai, 1 krişna ibadət evi fəaliyyət göstərir. Fəxrlə qeyd edirəm ki, Azərbaycan Respublikasında dini-etnik zəminində münaqişə baş verməmişdir ki, belə də davam edəcəkdir.


 

 

Əliyev Məsum Kamal oğlu,

Kürdəmir rayonu Karrar Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri


09.09.2026-cı il

 

 

Reytinq: