Dilimizi qorumaq yalnız dövlətin deyil, hər birimizin vətəndaşlıq borcudurBu gün, 12:21
Çap et Azərbaycan əlifbası və Azərbaycan dili günü – 1 avqust xalqımızın milli kimliyini, dövlətçiliyini və mədəniyyətini təcəssüm etdirən mühüm tarixdir. Ana dilimiz əsrlər boyu milli varlığımızı qoruyub saxlamış, bizi bir xalq kimi birləşdirən ən böyük dəyər olmuşdur. Sovet dövründə milli dillərin sıxışdırıldığı çətin illərdə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi nəticəsində Azərbaycan dili qorunmuş, 1978-ci ildə dövlət dili kimi Konstitusiyada təsbit edilmişdir. Müstəqillik illərində bu siyasət davam etdirilmiş, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dilimiz kimi rəsmiləşdirilmiş, 2001-ci ildə isə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması və inkişafı üçün mühüm hüquqi baza yaratmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qəbul edilən dövlət proqramları Azərbaycan dilinin saflığının qorunması, zənginliyinin və tətbiqinin daha da genişlənməsinə xidmət edir.Azərbaycan dili zəngin söz ehtiyatı və ahəngi ilə dünya dilləri içərisində xüsusi mövqeyə malikdir. Bu dili qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dilimizə olan sevgimizin və milli kimliyimizə sadiqliyimizin təntənəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyimizin əsas sütunlarından biri hesab edirdi. Onun "Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır" fikri bu gün də öz aktuallığını qoruyur. O, ən çətin dövrlərdə belə Azərbaycan dilinin dövlət dili statusu qazanması uğrunda qətiyyətli mübarizə apardı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Bu, o dövrün siyasi reallıqları fonunda böyük cəsarət nümunəsi idi. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, elektron məkanda istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dövlət dilinin saflığının mühafizəsi istiqamətində qəbul edilən fərman və sərəncamlar ana dilimizin inkişafına yeni imkanlar açıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur." Doğrudan da, dilimizi qorumaq yalnız dövlətin deyil, hər birimizin vətəndaşlıq borcudur. ![]() Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar ASM-nin bölmə rəisi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan əlifbası və Azərbaycan dili günü – 1 avqust xalqımızın milli kimliyini, dövlətçiliyini və mədəniyyətini təcəssüm etdirən mühüm tarixdir. Ana dilimiz əsrlər boyu milli varlığımızı qoruyub saxlamış, bizi bir xalq kimi birləşdirən ən böyük dəyər olmuşdur. Sovet dövründə milli dillərin sıxışdırıldığı çətin illərdə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi nəticəsində Azərbaycan dili qorunmuş, 1978-ci ildə dövlət dili kimi Konstitusiyada təsbit edilmişdir. Müstəqillik illərində bu siyasət davam etdirilmiş, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dilimiz kimi rəsmiləşdirilmiş, 2001-ci ildə isə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması və inkişafı üçün mühüm hüquqi baza yaratmışdır.