Demo Sayt » dunya » Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub


Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Bu gün, 20:44
Çap et

Qazaxıstanın Abay vilayətinin Ayagöz rayonunda “Tarbağatay” Dövlət Milli Təbiət Parkının ərazisində yanğının söndürülməsi işləri davam edir.

Yanğının söndürülməsinə 226-ya yaxın insan və 43 texnika cəlb olunub. Həmçinin “Kazaviaspas” və Milli Təhlükəsizlik Komitəsinin iki helikopteri yanğının söndürülməsində iştirak edir.

Yanğının söndürülməsini mürəkkəb dağlıq relyef, dik yoxuşlar, yanğın ocaqlarına aparan yolların olmaması və güclü külək çətinləşdirir.

Yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Reytinq: