Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var
28-12-2021, 05:55. Разместил: heqiqet
"Haiti24" portalının verdiyi məlumata görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Hücumların kimlər tərəfindən təşkil edildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, BMT agentlikləri iyulun 7-nə keçən gecə prezident Jovenel Moizin öldürülməsindən və avqustda 2,2 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar sahələrdə vəziyyətin pisləşdiyini bildirir.
Вернуться назад