Heqiqet.Az » dunya » Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var


Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var

28-12-2021, 05:55
Çap et
Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var Haitinin paytaxtı Port-o-Prensdə iki sərnişin avtobusuna silahlı hücum olunub.
"Haiti24" portalının verdiyi məlumata görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Hücumların kimlər tərəfindən təşkil edildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, BMT agentlikləri iyulun 7-nə keçən gecə prezident Jovenel Moizin öldürülməsindən və avqustda 2,2 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar sahələrdə vəziyyətin pisləşdiyini bildirir.
Reytinq: