Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?Bu gün, 19:55
Çap et Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Qeyd edilib ki, iqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan-budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan vurur. Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
